29 May 2014 18:20
793

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasın gündəliyinə MSK-nın 12 noyabr 2013-cü il tarixli iclas protokolunun təsdiq edilməsi, ölkə üzrə seçicilərin daimi siyahısının tərtibi, MSK-nın bəzi normativ xarakterli aktlar və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə məsələlər daxil edilib.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, hər il müvafiq icra strukturları ilə birgə 125 dairə üzrə seçicilərin siyahısının dəqiqləşdirilməsi həyata keçirilib. Onun sözlərinə görə, bu il daimi seçicilərin sayı 5 milyon 54 min 455 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 1,4 faiz artım deməkdir: “Seçicilərin 52 faizə yaxını qadınlar, 48 faizə yaxını isə kişilər olub. 100-dən yuxarı yaşı olan 856 seçici qeydə alınıb və onlardan ən yaşlısı 126 yaşındadır”.

MSK sədri qeyd edib ki, seçicilərin dəqiqləşməsi zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun bütün addımlar atılıb.

Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Səxavət


Müəllif: