25 Avqust 2015 13:09
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsən rayon Dövlət Arxivinin binasında Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.

Komitə sədri hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib. Vətəndaşların qəbulu zamanı müraciətlərin bir neçəsi yerində həll olunub.

Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər