26 Avqust 2015 14:55
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başa çatıb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, bu gün konfransı DQİDK-nın sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirib. O, çıxış edərək gənclərin zərərli təriqətlərin təbliğindən qorunması üçün milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb. G.İsmayılov bildirib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.

Daha sonra Ruslan Əsgərovun “Sosial mediada din təbliğatı” mövzusunda məruzəsi dinlənilib. O, sosial mediada dini təbliğatın xarakterik xüsusiyyətləri, sosial şəbəkələrin ictimai-siyasi proseslərə təsiri, zərərli dini cərəyanların sosial media vasitəsilə sıralarını genişləndirməsi, təhlükəli çağırışlar səsləndirmələri, öz aralarında məlumat mübadiləsi aparmaları və bu problemlərdən çıxış yolları barədə ətraflı məlumat verib.

“Azərbaycanda missionerlik fəaliyyəti” barədə məruzə ilə çıxış edən Dini təhsil sektorunun müdiri Anar Əlizadə Azərbaycanda fəaliyyət göstərən əsas zərərli missioner qruplar, onların xarakterik cəhətləri barədə danışıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər