Bu gün Quba rayonunda yağan yağış bir sıra fəsadlar yaradıb.
Ağçaya gələn güclü sel nəticəsində Tülər kəndinə gedən körpü uçub. Kəndlə əlaqə kəsilib. Çayın sağ sahilində 50-dək vətəndaş evlərinə gedə bilmir.
Teleqraf.com bildiri ki, kəndin icra nümayəndəsi Oqtay İsayev bir neçə evə ziyan dəydiyini deyib. Kənd sakinlərinə məxsus bir neçə baş iribuynuzlu heyvanı da sel aparıb. /apa/