28 Avqust 2015 01:30
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur alim, nəzəriyyəçi-fizik Stiven Hokinq Stokholmda məruzədə qara dəliklərdən qayıdan informasiya barədə hazırladığı nəzəriyyədən danışıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə "The Guardian"a bildirib. Hokinqin sözlərinə görə, bu informasiyanın birdəfəlik yoxa çıxması barədə iddia yanlışdır. Alim hesab edir ki, o, ya qara dəliyin sərhədlərində özünəməxsus holoqramlar şəklində həkk olur, ya da alternativ kainata düşür. Hokinq dəqiqləşdirib ki, dəlik fırlanmalı və böyük ölçüdə olmalıdır ki, digər kainatla birləşsin. O, xəbərdarlıq edib ki, bizim kainata informasiya eyni yol ilə düşə bilmir. "Əgər sizdə qara dəliyə düşmə hissi yaranarsa qorxmayın, ordan çıxış yolu var", - deyə Hokinq zarafat edib.

Astrofizikada qara dəlik adı zaman məkanında yüksək sürətlə hərəkət edən işıq kvantlarının belə tərk edə bilmədiyi cazibə qüvvəsi böyük olan sahəyə deyilir. 2014-cü ilin yanvar ayında Stiven Hokinq arXiv.org-da öz məqaləsinin yenidən çap olunmuş versiyasını yerləşdirib. Məqalədə klassik mənada qara dəliklərin mövcud olmadığını yazıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər