28 Avqust 2015 08:50
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 27-də mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ISESCO-nun Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, nümayəndə heyətinə ISESCO-nun İcraiyyə Şurası katibliyinin, baş və xüsusi nazirlər konfranslarının direktoru Məhəmməd Qemari rəhbərlik edir.

Görüşdə cari il noyabrın 23-27-də Bakıda keçiriləcək ISESCO İcraiyyə Şurasının 36-cı sessiyası və 12-ci Baş Konfransı ilə bağlı təşkilati məsələlər müzakirə edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İslam dünyasında həmrəyliyə, əməkdaşlığın inkişafına və İslam mədəni irsinin qorunmasına xüsusi qayğı göstərirlər.

Qeyd olunub ki, konfransda ISESCO-nun üzvü olan bütün ölkələrdən nazirlər və İslam dünyasında nüfuzlu beynəlxalq qurumların rəhbərləri iştirak edəcəklər.

Sonda həmin tədbirlərin təşkili ilə bağlı sənəd imzalanıb.


Müəllif:

Oxşar xəbərlər