30 May 2014 09:19
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonun “Andrew W. Mellon Auditorium” binasında Azərbaycanın ABŞ-dakı səfirliyinin 28 may Cümhuriyyət günü ilə bağlı bayram tədbiri keçirildi.

ABŞ və Azərbaycan dövlət himnləri səsləndikdən sonra tədbiri giriş sözü ilə açan səfir Elin Süleymanov qonaqlara Cümhuriyyətin tarixindən bəhs etdi, müsəlman şərqində ilk demokratik idarəçiliyin məhz Azərbaycanda olduğunu diqqətə çatdırdı. Qonaqların bayram təbrikindən sonra Cümhuriyyətin şərəfinə badə qaldırıldı, tort kəsildi. Dəvətlilərə Azərbaycan milli mətbəxinin təamları sunuldu, milli rəqslər təqdim edildi.

Teleqraf.com tədbirdə iştirak edən əməkdaşımızın çəkdiyi foto və videoları təqdim edir:


Müəllif: