30 May 2014 09:46
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın orta məktəblərində "Son zəng" mərasimlərinin keçirilməsinə başlanılıb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanda "Son zəng" mərasimləri hər il mayın 31-də keçirilib. Bu il mayın 31-i şənbə gününə düşdüyündən tədris həftəsi 5 günlük olan orta məktəblərdə "Son zəng" bu gün keçirilir. Tədris həftəsi 6 günlük olan orta məktəblərin şagirdlərinin "Son zəng"i isə sabah çalınacaq.

"Son zəng" mərasimləri 3 saat keçiriləcək və saat 13:00-da başa çatacaq.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirir. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini 754 nəfər şagird bitirir.


Müəllif: