Azərbaycan Respublikasını Ukraynadakı səfirliyi Kiyev şəhərində son hadisələrlə əlaqədar həmvətənlərinə müraciət edib. Bu barədə Trend-ə səfirlikdən xəbər veriblər.
Səfirlik muraciətində həmvətənlərini insanların kütləvi şəkildə yığışdığı yerlərdən uzaq olmaq və ayıq olmağa çağırıb.
Səfirliyin hazırki məlumatına görə, xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.