1 Sentyabr 2015 21:55
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən Jurnalistika fakültəsinin bir qrup müəllimi Radio və televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın rəhbərliyi ilə 17-27 avqustda Türkiyə Respublikasında səfərdə olublar.

BDU Mətbuat və informasiya şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, rektor Abel Məhərrəmov səfərdən dönən nümayəndə heyətini qəbul edib.

Görüşlər barədə ətraflı məlumat verən dosent Aynur Kərimova bildirib ki, nümayəndə heyəti səfər müddətində dövlət universitetlərindən İstanbul, Qazi və Ankara, o cümlədən Bahçeşehir, Yeditepe, Kadir Has və Başkent kimi özəl universitetlərdə olublar.

Adıçəkilən universitetlərin rektorları, iletişim fakültələrinin rəhbərləri və müəllimlərlə keçirilən görüşlərdə tədris proqramları, fənnin tədris metodikası müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri təhlil edilib. Müəllimlər həmçinin bu ali təhsil ocaqlarının maddi-texniki bazası, iletişim fakültələrinin teleradio, foto, dizayn studiyaları ilə yaxından tanış olublar.

Rektor, akademik Abel Məhərrəmov nümayəndə heyətinin keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edərək bütün bunların jurnalistika fakültəsində aparılacaq islahatlara müsbət təsir göstərəcəyini qeyd edib.
Xatırladaq ki, nümayəndə heyəti səfər zamanı həmçinin TRT İstabul və Ankara bürolarında, Anadolu Ajansında olub, Qazi Universitetində TRT baş direktoru Şenol Göka, Gazi Universiteti rektor yardımcısı Mehmet Türker və Gazi Universitetinin İletişim fakültəsinin dekanı Zakir Avşarın iştirakı ilə keçirilən konfransa da qatılıblar.

SEVİL


Müəllif: