2 Sentyabr 2015 18:49
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 6-dan 15-dək Qazaxıstanın Astana və Almatı şəhərlərində Qazax xanlığının 550 illiyinə həsr olunan müxtəlif konsertlər, səhnələşdirilmiş tamaşalar keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirlərdə Azərbaycan təmsilçiləri də iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu və balaban ifaçısı Mehman Nuriyev mərasimlərdə iştirak etmək üçün Qazaxıstana gedəcək.


Müəllif:

Oxşar xəbərlər