31 may - Ümumdünya Tütünlə Mübarizə Günü ərəfəsində Ümumdünya Səhiyyə Təşkilatı çağırış edib.
Teleqraf.com-un məlumatına görə, təşkilata üzv və tərəfdaş ölkələr bütün dünyada tütünə qoyulmuş vergilərin artırılmasını istəyirlər.
Ümumdünya Tütünlə Mübarizə Gününün əsas məqsədi indiki və gələcək nəsli tütünün öldürücü təsirinin nəticələrindən, həmçinin tütünün yaratdığı sosial, ekoloji və iqtisadi problemlərdən qorumaqdır.
2014-cü il kampaniyasına daxil olan əsas məqsədlər dövlətlərin tütün istehlakını azaltmaq məqsədi ilə tütünə qoyulan vergiləri artırması, ictimai və qeyri-hökumət təşkilatlarının bu aspektdə fəal maarifləndirici iş aparmasına kömək edilməsindən ibarətdir.
Səhiyyə Nazirliyi “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol” hazırlayıb.
Naibə