Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev Mehdiabad qəbiristanlğında dəfn olunub.
“Report”un xəbərinə görə, dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, DİN əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, R.Musayev dünən qəfildən dünyasını dəyişib. Daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.