4 Sentyabr 2015 18:19
2 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Luiziyana ştatının polisi 17 yaşlı qız və rəfiqəsi restoran işçisinə qarşı etdikləri zorakılığa görə həbs edib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, şübhəlilər 16 yaşlı "Mcdonalds" işçisini saçından tutaraq pəncərədən dartıb çıxarıblar. Bütün bunlar isə kameraya çəkilib.

Polis 17 yaşlı Keylin Holland adlı qızı həbs edib. Ancaq o, 10 min dollar girov müqabilində azadlığa buraxılıb.

Bundan əlavə qızın 3 rəfiqəsi də istintaqa cəlb edilib.

Zərərçəkən polisə ifadəsində bildirib ki, şübhəlilər onu yumruqla döyüblər. O, günahları da etiraf edib. Nəticədə polislər şübhəliləri tezliklə müəyyən edə bilib.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər