5 Sentyabr 2015 00:19
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə bədbəxt hadisə baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonunda süni göldə 1995-ci il təvəllüdlü Zəkəriyayev Sadiq Kamran oğlu və 1995-ci il təvəllüdlü Əhmədov Röyal Etibar oğlu batıblar .
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. S.Zəkəriyayev və R.Əhmədovun cəsədləri batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:14-də başa çatıb.

Müəllif: