7 Sentyabr 2015 13:00
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr 7-də “Kempinski Badamdar” otelində Fövqəladə Hallar Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə həyata keçirdiyi “Ətraf mühitin bərpası üzrə proqramların dəstəklənməsi” adlı texniki əməkdaşlıq layihəsi çərçivəsində “Bərpa prosesindən sonra ərazilərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti” mövzusunda regional seminar öz işinə başlayıb.

Nazirlikdən verilən məlumata görə, seminarda Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Belarus, Qırğızıstan, Ukrayna, Xorvatiya, Estoniya, Gürcüstan, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Rumıniya, Rusiya Federasiyası, Slovakiya, Serbiya, Tacikistan, Özbəkistan və ABEA-dan 70 nümayəndə iştirak edir.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə tədbirin region ölkələrində ətraf mühitin mühafizəsi üçün əhəmiyyətindən bəhs edib.

Seminarda çıxış edən ABEA-nın Texniki Əməkdaşlıq Departamentinin nümayəndəsi Andrey Çupov və Atom Enerjisi Departamentinin bölmə rəhbəri Horst Riçard Monken Fernandes, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bərpa edilmiş obyektlərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti zamanı istifadə olunan ən müasir metodologiyalardan bəhs etmiş, Neftçala rayonu və Bakı şəhərinin Ramana qəsəbəsində FHN-in rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında uğurla həyata keçirilən neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərin təmizlənməsi layihələrini slaydlar vasitəsilə təqdim ediblər.

Hazırda seminar öz işini davam etdirir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər