“Azərbaycan Hava Yolları” (AZAL) Qаpalı Səhmdar Cəmiyyəti təyyarə bələdçisi işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.
Qurumdan Teleqraf.com-a verilən məlumata görə, sənəd qəbulu bu ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək saat 10.00-dan 13.00-a kimi davam edəcək. Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən aşağı və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xarici görünüşü xoşagəlimli qızlar iştirak edə bilər.
Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3х4), xarici passport, diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa) tələb olunur.
Naibə QURBANOVA