8 Sentyabr 2015 12:15
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası ilə bağlı gömrük sadələşdirilməsi sahəsində aparılan danışıqlarla bağlı hələlik heç bir açıqlama vermək mümkün deyil".

Teleqraf.com-um xəbərinə görə, bunu Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.

A.Şərifov qeyd edib ki, BTQ dərmiryolu işə düşdükdən sonra gömrük sadələşdirilməsi birtərəfli şəkildə aparıla bilməz: “Bunu üç tərəf - Azərbaycan, Türkiyə və Gürcüstan birgə razılaşdırılmalıdır. Belə düşünürük ki, layihə istifadəyə verildikdən sonra həm bizim, həm də yükdaşıyanlar üçün ən faydalı dəhliz istifadəyə verilməlidir. Gömrük sadələşdirilməsinin əsas məqsədi yük daşıyanlar üçün çətinliyin yaradılmamasıdır”.

Baş nazirin müavini bununla bağlı vahid tariflərin tətbiqinin vacibliyini də diqqətə çatdırıb: “Bu yaxınlarda bununla bağlı müvafiq qərar qəbul edilməlidir. Azərbaycan seqmentində daşınan yüklərə, Aktaudan, Türkmənbaşından Azərbaycana gələn və Gürcüstana, Türkiyəyə və digər ölkələrə keçən yüklərə vahid tariflər tətbiq edilə bilər. Bu gün Azərbaycandan tranzit daşıyanlar bəzi problemlərlə rastlaşırlar. Bununla bağlı məsələyə qısa müddətdə baxılmalı və yekun qərar qəbul edilməlidir. Bir sözlə, digər ölkələrdə olduğu kimi, Azərbaycan dəhlizi də cəlbedici olmalıdır”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər