9 Sentyabr 2015 16:05
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tələbələr Birliyi (ATB) noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı tələbələr arasında məlumatlandırma kampaniyasına başlayıb.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar olaraq, təşkilat seçkilərdə ilk dəfə səs verəcək tələbələr üçün yaddaş kitabçası hazırlayıb.

Tələbələr arasında paylanacaq yaddaş kitabçasında seçki prosedurları, seçicilərin əməl etməli olan qaydalar, onların hüquq və vəzifələri, hər bir seçicinin səsvermədə iştirakının vacibliyi və digər texniki məsələlərə toxunulub. Nəşrin hazırlanmasında əsas məqsəd ölkəmizdə keçiriləcək seçkilərdə gənclərin, xüsusilə də tələbələrin fəal iştirakını təmin etməkdir.

ATB-nin sədri Elvin Aslanovun sözlərinə görə, yaddaş kitabçası Bakı şəhərindəki ali təhsil ocaqları ilə yanaşı, regionlarda yerləşən ali təhsil müəssisələrinin də tələbələri arasında paylanacaqdır. Birlik kampaniya çərçivəsində əsas diqqəti məhz regionda təhsil alan tələbələrə vermək niyyətindədir. Bu məqsədlə regionlarda silsilə maarifləndirici görüşlərin keçirilməsi də planlaşdırılır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər