30 May 2014 16:23
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu müsabiqədə Gürcüstanı həmyerlimiz təmsil edir

İranın paytaxtı Tehran şəhərində Həzrət Məhəmmədə peyğəmbərlik verilən gün – Məbəs bayramı ilə əlaqədar İslam dünyasının ən böyük Quran hifzi və qiraəti sahəsində 31-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsi başlayıb.

Teleqraf.com-un məlumatına görə, 7 gün ərzində keçiriləcək müsabiqəyə dünyanın 70-dən çox ölkəsinin Quran hafizi və qiraətçiləri çağırılıb.

Bütün Gürcüstanın Müsəlmanları idarəsinin yaydığı məlumata görə, bu müsabiqədə Gürcüstanı Fuad İsayev və Zviad Vanadze təmsil edir.

Azərbaycanın bu müsabiqədə iştirak edib-etməməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən bildirdilər ki, bu məsələlərlə QMİ-nin xarici əlaqələr şöbəsi məşğul olur və şöbənin rəhbəri Hacı Müqəddəs Payızov ölkədə olmadığı üçün məsələ ilə bağlı hansısa bir sualı cavablandıra bilməzlər.

BƏXTİYAR


Müəllif: