10 Sentyabr 2015 18:41
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla BMT Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Sivilizasiyalar Alyansının nümayəndə heyətini qəbul edib.

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıqla bağlı təşkilatın nümayəndə heyəti Bakıya səfərə gəlib. Nümayəndə heyətinə BMTSA-nın ali nümayəndəsinin ofisinin rəhbəri Nihal Saad rəhbərlik edir.

Səfər çərçivəsində nümayəndə heyəti ilə tədbirə hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsinin rəhbəri, Əbülfəs Qarayev arasında görüş keçirilib.

Görüş çərçivəsində Foruma hazırlıqla bağlı təşkilati məsələlər, o cümlədən Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, gənclər təşkilatlarının Foruma qatılması, tədbirin TV və internet vasitəsilə yayımlanması, həmçinin ümumilikdə Azərbaycanla BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.

Nümayəndə həyətinin Azərbaycan Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulur. Görüş zamanı razılaşdırılmış məqamlar Forumun keçirilməsi barədə müqavilənin mətnində öz əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev BMTSA-nın 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə 2015-ci ilin 24 iyul tarixində sərəncam imzalayıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər