12 Sentyabr 2015 08:06
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq, 2015-ci ilin avqust ayı ərzində Bakı, Sumqayıt, Gəncə şəhərlərini, Tovuz, Bərdə, İsmayıllı və Gədəbəy rayonlarını əhatə edən 41 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, bu günədək ATŞ-yə qoşulmuş 2000 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub. Həmin təhsil müəssisələri bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə keyfiyyətli kommunikasiya qurmaq imkanı qazanıblar.

Nazirlikdən bildirilir ki, ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa zəmin yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin ötürülməsini də təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə elektron resurslardan istifadə edərək biliklərini artıra bilirlər.

Eyni zamanda, ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtr sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən vebsaytlara giriş məhdudlaşdırılıb.

Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədilə əlavə olaraq, ölkə üzrə 1200 ədəd Monoblok Lenovo stolüstü kompüteri paylanılıb. Həmin kompüterlər informasiya-kommunikasiya texnologiyaları sahəsində savadlılığın artırılması üzrə keçirilən təlimlərin qiymətləndirilməsində yüksək nəticə göstərmiş pedaqoji və inzibati idarəetmə heyətinin üzvlərinə verilib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər