İki ildir fəaliyyət göstərən "Addım" Gənclər Təşkilatının iki yaşının olması münasibətilə tədbir keçirilib.
"Addım" Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə bu haqda təəssüratlarını Teleqraf.com-a bölüşüb:
"Bu gün çox xoşbəxt və qürurluyam. Xoşbəxtəm ki, Azərbaycanda gənclərimiz üçün addımlamağa imkan yaradan dövlət gənclər siyasəti var. Qürurluyam ona görə ki, yaradılan imkanlardan vicdanla istifadə etmişəm. Biz bu günə qədər çox iş görmüşük. İki il ərzində "Addım" 97 layihə həyata keçirib. Bizə dəstək olan dövlət strukturlarına, yanımızda olan gənclərə təşəkkürümü bildirirəm. Bu iki il ərzində etimadı doğrultmağa çalışmışıq. Hər zaman bir hədəfimiz olub ki, Azərbaycanda gənclərimizi doğru yol ilə addımlamağa kömək edək, istər kariyera, istər də mədəni inkişaf baxımından. Bunun nəticəsidir ki, təşkilatımızda 20 minə yaxın gənc var".
Qeyd edək ki, tədbirdə xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, müğənni İlhamə Qasımova, model Rüstəm Cəbrayılov, aparıcı Hüsniyyə Məhərrəmova və başqaları iştirak edib.
Rəqsanə