31 May 2014 09:25
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Gürcüstanın "Delta" Elmi-Müdafiə Mərkəzinin məhsullarına maraq göstərir. Bu barədə cümə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında keçirilmiş görüşdə məlum olub.

Baş nazirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tərəflər ikitərəfli münasibətləri, regionun enerji nəqli infrastrukturunun təhlükəsizliyinin təmin olunması baxımından Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında dost və tərəfdaşlıq münasibətlərini dərinləşdirməklə bağlı qarşılıqlı istək ifadə edilib.

Görüşdə, həmçinin Gürcüstanın müdafiə naziri İrakli Alasaniya iştirak edib.


Müəllif: