16 Sentyabr 2015 18:20
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar-avqust aylarında əsas kapitala 10550,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox vəsait yönəldilib.

Publika.az xəbər verir ki, istifadə olunmuş vəsaitin 6478,8 milyon manatı və ya 61,4 faizi məhsul istehsalı obyektlərinin, 3369,4 milyon manatı (31,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 701,9 milyon manatı (6,7 faizi) isə ümumi sahəsi 1169,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6076,5 milyon manatını və ya 57,6 faizini daxili vəsaitlər təşkil edib.

Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq 7874,2 milyon manat təşkil edib.


Müəllif: