Səhiyyə Naziri Oqtay Şirəliyev sentyabrın 18-də saat 12:00-da Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir Oğuz vətəndaşları ilə yanaşı Qəbələ, Şəki, Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına müraciət edə bilərlər.
Naibə QURBANOVA