Binəqədi rayon İcra hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova vəzifəsindən uzaqlaşıb. Bu barədə məlumatı N.Allahyarovanın özü verib.
Qeyd edək ki, Teleqraf.com saytı bir müddət öncə Binəqədi İcra Hakimiyyəti başçısının bir neçə müavini, qurumun şöbə müdirlərinin vəzifəsindən azad olunması barədə məlumat yaymışdı.
Məlumatda qeyd olunub ki, sentyabrın 16-ı axşam saatlarında icra hakimiyyətində iclas olub və bir nəçə vəzifəli şəxs fəaliyyətlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olunub və daha bir neçə nəfərə töhmət verilib. İcra hakimiyyətinin əməkdaşlarından bəzisinə xəbərdarlıq olunub.
N.Allahyarova bildirib ki, artıq Binəqədi icra hakimiyyətində çalışmır: "Binəqədi icra hakimiyyətində çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız. Binəqədi ilə bağlı bütün suallarınıza cavabım eyni olacaq. Görünən dağa bələdçi lazım deyil! Qurumda çalışdığım müddətdə tanıdığım bütün dostları qazancım hesab edirəm".
Ayxan