“Orta əsr Azərbaycan alimlərinin İslam və Yaxın Şərq mədəniyyətinə verdiyi töhfələr” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə dəyirmi masa keçirildi.
Tədbiri “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu açdı. O, bildirdi ki, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu dəyirmi masa da onlardan biridir. Bundan əvvəl iyun ayında Babək Hürrəmi ilə bağlı dəyirmi masa təşkil etdiklərini və mövzu ilə bağlı klip təqdimatı etdiklərini diqqətə çatdıran, V. Zifəroğlu, bu ilin sonunadək bir neçə belə tədbir keçirməyi planlaşdırdıqlarını vurğuladı.
Mövzu ilə bağlı çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov orta əsrlərdə yaşamış azərbaycanlı alimlər və yaradıcılıqları barədə geniş məlumat verərək, onların İslam və eləcə də Yaxın Şərq mədəniyyətinə verdikləri töhvələr barədə məlumat verdi.
Məruzəçidən sonra çıxış edən qonaqlar mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.
Tədbirin sonunda «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupunun mövzu ilə bağlı hazırladıqları və 17 alim barədə məlumatdan ibarət klipin nümayişi oldu.
BƏXTİYAR