"Skype"ın texniki dəstəyi xidmətin işində yaranan problemləri həll edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, messencer artıq işləyir.
Dünyanın bir çox ölkələrində "Skype"-a daxil olma problemi yaranmışdı, o cümlədən ABŞ-da, Hindistanda, Rusiyada, Danimarkada və digər ölkələrdə.
İstifadəçilər 10 saatdan artıq müddət ərzində statuslarını dəyişmək, digər istifadəçilərlə əlaqə yaratmaq və yaxud ümumiyyətlə xidmətə daxil ola bilməyiblər.