Tokio 2020-nin Təşkilat Komitəsinin karatenin 5 il sonrakı Olimpiya oyunlarının yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifi, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müsbət cavablandırılıb.
Publika.az xəbər verir ki, Tokio Olimpiadasının kumite yarışlarında kişilər və qadınlar 3 çəki dərəcəsində mübarizə aparacaq. Kata çıxışlarında isə kişi və qadınlardan 1 idmançı tatamiyə çıxacaq. Təsnifat yarışlarının qaydaları qarşıdakı dövrdə dəqiqləşdiriləcək.
Bu tarixi qərar münasibəti ilə Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos federasiyalara, o cümlədən Azərbaycan Milli Karate Federasiyasına təbrik məktubu göndərib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Bakıda Avropa Oyunlarının karate yarışlarında olarkən, bu döyüş idman növünün perspektivlərinə inandığını bildirmişdi.