Bakı kəndlərinə yol çəkilir. 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunda tikinti işləri aparılır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hazırda tikintisi gedən I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 0-7-ci kilometrlik hissəsinin 6 hərəkət zolaqlı olması planlaşdırılır. Hər bir hərəkət zolağının eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11,5 metrdir. Yolun ümumi eni 33 metr, ayrıcı zolağın eni 3 metr, çiyinlərin hər birinin eni isə 3,75 metrdir.
Xatıqladaq ki, layihə üzrə Qala-Pirallahı və Qala-Şüvəlan avtomobil yolunun tikintisi işləri Qala-Pirallahı istiqamətində aparılıb. Layihə üzrə nəzərdə tutulmuş bir ədəd piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilib əhalinin istifadəsinə verilib.