Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir.
GYF-dən Teleqraf.com-a verilən məlumata görə, dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirib. Fondun kəsdiyi qurbanların böyük bir hissəsi birbaşa qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir.
Bu il də kəsilən qurban ətinin bir hissəsi Nazirlər Kabinetinin göstərişi ilə başda Ağdam rayonunun təmas xəttində yerləşən Ayaqqərvənd qəsəbəsi, Ortaqərvənd, Ortaqışlaq, Bənövşələr, Səfərli kəndlərində məskunlaşan qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəmintlı ailələrə paylanıb. O cümlədən qeyd edilən bölgələrdə yaşayan 2000 ailə bayram sevincini Gəncliyə Yardım Fondu ilə birgə yaşadı.
Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olub.
BƏXTİYAR