30 Sentyabr 2015 11:35
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial sığorta haqlarının daha yüksək məbləğdə ödənişinin stimullaşdırlmasına istiqamətlənən müxtəlif islahat tədbirlərinin reallaşdırılması nəzərdə tutulur. Bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Bu istiqamətdə daha bir islahat tədbiri minimum sosial sığorta stajı tələbi ilə bağlıdır”.

Teleqraf.com-un məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev açıqlama verib.

Fond sədri qeyd edib ki, mövcud qanunvericilikdə əmək pensiyasına hüququn yaranması üçün minimum sığorta stajı müəyyən edilib ki, bu da vətəndaşların hansı məbləğdə sosial sığorta haqları ödəməsindən asılı olmayaraq ümumi tələbdir: “Pensiya islahatları çərçivəsində yüksək sosial sığorta haqqı ödəyərək minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbinin aradan qaldırılması nəzərdə tutulur”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər