1 İyun 2014 23:51
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Akif Nəsirli qardaşının 3 gündür yoxa çıxdığını deyir.

Teleqraf.com bildirir ki, tanınmış jurnalist Akif Nəsirli qardaşı Firuz Nəsirlinin itkin düşdüyünü deyir. O, qardaşının sonuncu dəfə mayın 28-də o biri qardaşı Fəxri ilə danışdığını bildirib:

“Dünəndən qardaşım Firuzu axtarıram, evində yoxdur, telefonlarına zəng çatmır, sonuncu dəfə o biri qardaşım Fəxri ilə 28.05.2014-də zəngləşiblər. Mən isə dünən hal-əhval tutmaq məqsədilə zəng etdiyimdə telefonlarının bağlı olduğunu bildim. Heç yerdə tapa bilmirəm, artıq dünən gecəyarısı polisə ərizə vermişəm”.


Xatırladaq ki, ixtisasca iqtisadçı olan Akif Nəsirli Beyləqan rayonundandır və “Paralel” qəzetində çalışır.


Müəllif: