Cəlilabad rayonunda ikimərtəbəli fərdi yaşayış evinin damında 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.