4 Oktyabr 2015 19:11
521

Gədəbəy rayonuna dolu düşüb.


Gədəbəy Rayon İcra Hakimiyyəti aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, dolu oktyabrın 4-də günorta saatlarında rayonun mərkəzinə, Dəyə Qarabulaq, Günəşli, Musayar, Şahdağ, Daşçuvar kəndlərinə yağıb.


Qısa müddət davam edən dolunun vurduğu ziyan barədə hələlik məlumat verilməsə də, meyvə ağaclarına ziyan dəydiyi bildirilir.


Müəllif: