4 Oktyabr 2015 21:12
409

Xaçmaz rayonunda yol qəzası baş verib. “Report”un məlumatına görə, qəza Ağyaz-Alıc yolunda qeydə alınıb.

Belə ki, “VAZ 21011” markalı maşının çaya aşması nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: