Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfərə yola düşüb.
Teleqraf.com Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Panama Respublikasının rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.