2 İyun 2014 11:29
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

ANS PRESS-in Penitensiar Xidmətinə istinadən verdiyi məlumata görə, müəssisədə cəza çəkən, Cinayət Məcəlləsinin 332.1; 337; 120.2.4 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Qaybalı Əli oğlu Məhərrəmovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Nicat Kamil oğlu Alırzayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı plastik qabda olan böyürtkən mürəbbəsinin içərisində gizlədilmiş, 4 ədəd qara rəngli sellofana bükülmüş, xalis çəkisi 2.040 qram olan heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Müəllif: