Bu gün Azərbaycan və Misir Şahmat federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Publika.az xəbər verir ki, müqaviləni Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Misir Şahmat Federasiyasının prezidenti Haşem Elgendani imzalayıblar.
Razılaşmaya əsasən şahmatın inkişafı istiqamətində birgə layihələr işlənəcək, qarşılıqlı təlim-məşq toplanışlar və hakimlər arasında təcrübə mübadiləsi aparılacaq.
İmzalanma mərasimində sonra suallara cavab verən E.Rüstəmov müqavilənin vacibliyindən danışıb: "Misirlə əməkdaşlığımız müqavilədən əvvəl də olub. İndi biz bunu rəsmiləşdirdik. Müqaviləyə əsasən şahmatçılar Azərbaycanda və Misirdə təlim-məşq toplanışlarında iştirak edə bilərlər və hakimlərimizin təcrübə mübadiləsi aparılacaq".