6 Oktyabr 2015 10:56
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb.

Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oyunlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli ilk görüşündə ermənistanlı Qarik Harutunyanı ipponla məğlub edib. Ardından o, indoneziyalı və koreyalı rəqiblərini də üstələyərək finala yüksəlib. Həlledici görüşdə Azərbaycan cüdoçusu braziliyalı Felipe Eyci Kitadaya uduzaraq gümüş medal qazanıb.

Yarışda 66 kiloqram çəkidə yarışan Nicat Şıxəlizadə qətərli, qazaxıstanlı və cənubi koreyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda misirli Əli Eyd əl-Yusifiyə məğlub olaraq bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. O, həmin qarşılaşmada əlcəzairli Bilal Lunauçiyə qalib gələrək üçüncü olub.

73 kiloqram çəkili Hüseyn Rəhimli isə çinli, çilili və fransalı rəqiblərinə qalib gəlib. Yarımfinalda cənubi koreyalı Yunq Min Liyə məğlub olaraq təsəlliverici görüşdə iştirak edib. Bu döyüşdə isə idmançımız monqolustanlı Tumennasan Erdenetoqtoxu məğlub edərək üçüncü yeri tutub.

Xatırladaq ki, bundan əvvəl Vüqar Şirinli, Nicat Şıxəlizadə, Hüseyn Rəhimli, Elmar Qasımov və Tural Safquliyevdən ibarət yığma komanda yarışında bürünc medal qazanıb.


Müəllif:

Oxşar xəbərlər