6 Oktyabr 2015 13:03
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanunuda dəyişiklik edilməsi barədə layihəni müzakirə edib.

Teleqraf.com xəbər verir ki, layihə haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bildirib ki, qanunda 3-cü maddəyə dəyişiklik nəzərdə tutulub: “Biz sahibkarların maraqlarının müdafiəsi haqqında qanun qəbul etmişik. Kiçik sahibkarlıq subyektlərinin yoxlanması Nazirlər Kabineti tərəfindən hazırlanan meyarlara əsasən, aparılır. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanuna da məhz bu məqam əlavə olunur".

Təhsil haqqında da qanuna dəyişikliklər edilib. Bu haqda Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev məlumat verib.

İsa Həbibəyli isə deyib ki, artıq AMEA-da magistraturaya qəbul həyata keçirilib, tədris prosesi başlanıb: “Akademiyanın böyük resursları var, burada güclü elm adamları fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası da mütəxəssislərin hazırlanmasına öz töhvəsini verəcək.

Mən istərdim ki, Təhsil haqqında qanuna edilən dəyişikliklər "Elm haqqında" qanuna da əlavə edilsin”.

Nemət


Müəllif:

Oxşar xəbərlər