6 Oktyabr 2015 16:35
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Unibank müştəri məlumatlarının qorunmasına yönəlmiş növbəti investisya layihəsini başa çatdırdı.

Unibank beynəlxalq standartlara cavab verən ehtiyyat məlumat mərkəzini istifadəyə verdi. Unibank-ın İnfrastruktur və texniki dəstək departamentinin rəhbəri Fərid Məmmədzadə bildirib ki, bu ehtiyat məlumat mərkəzinin yaradılması həm bank, həm də müştərilər üçün böyük əhəmiyyət malikdir: “Yeni və təkmilləşdirilmiş ehtiyat məlumat mərkəzi, məlumatların təhlükəsizliyini və aktuallığını qorumaq kimi vacib missiya daşıyır. Əgər əsas məlumat mərkəzində hər hansı bir fövqəladə hadisə baş verərsə, bu halda belə bank müştərilərinə xidmət göstərməkdə davam edəcək. Çünki yeni mərkəz məlumatların və xarici kommunikasiyaların ən qısa müddətdə bərpa edilməsini tam təmin edir. Bu layihə sayəsində müştəri məlumatları itirilməkdən tamamilə mühafizə olunur. Yeni mərkəzin məsafə baxımından da əsas mərkəzdən uzaqda yerləşməsi məlumatların qorunub saxlanmasını təmin edir.”

Qeyd edək ki, Mingəçevir şəhərində yerləşən yeni ehtiyat mərkəzinin yaradılmasına 2015-ci ilin aprel ayında başlanılıb və layihəyə 350. 000 AZN investisiya yatırılıb. Ehtiyat məlumat mərkəzi yeni avadanlıqlarla təhciz edilib. Yeni məlumat mərkəzi əsas mərkəzdən 270 km məsafədə yerləşir.

Unibank hazırda geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.


Müəllif:

Oxşar xəbərlər