10 Oktyabr 2015 11:46
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nuriyyə Əhmədova infarktda dünyasını dəyişib. Bu haqda Teleqraf.com-a əməkdar artist Nahidə Orucova bildirib.

Onun sözlərinə görə, xalq artisti gecə saat 04.00 radələrində dünyasını dəyişib: “Qəflətən infarkt keçirdi. Həkimlər əllərindən gələni etdilər. Nə qədər iynə, dərman etdilər, aparata qoşdular, xeyri olmadı. 1 saylı Şəhər Kliniki Xəstəxanada dünyasını dəyişdi. Hazırda cənazəsi Mərdəkanda, bacısının evindədir. Bu gün dəfn olunacaq. Mərdəkanda övladlarının, ata-anasının dəfn olunduğu qəbrstanlıqda torpağa tapşırılacaq”.

Qeyd edək ki, xalq artisti 1950-ci ildə anadan olub.

Rəqsanə


Müəllif: