10 Oktyabr 2015 16:07
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) sentyabr ayı ərzində elektron xidmətlərindən istifadə sayına görə birinci mövqedə qərarlaşıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bir ayda “Elektron hökumət” portalı üzərindən nazirliyin e-xidmətlərinə 329073 müraciət olub.

Sentyabr ayında ən çox istifadə olunan 20 elektron xidmətdən 6-sı RYTN-in payına düşüb.

Bunlar “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Telefon nömrəsi üzrə axtarış”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI kodunun yoxlanılması”, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və “AzDataCom internet xidmətinə qoşulma üçün sifariş” xidmətləri olub.

Qeyd edək ki, “Elektron hökumət” portalında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti yerləşdirilib, öz saytında isə 26 e-xidməti istifadədir.


Müəllif:

Oxşar xəbərlər