11 Oktyabr 2015 13:34
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisə nəticəsində 2000 manat dəyərində cehizlik əşyalar kül olub.

Qubada yaşayış evində yanğın baş verib.

ANS PRESS-in məlumatına görə hadisə gecə saatlarında Qubanın Amsarqışlaq kəndində qeydə alınıb. Kənd sakini 47 yaşlı Akif Şükürova məxsus 4 otaqdan və 2 aynəbəndlidən ibarət 2 mərtəbəli evi qəfildən alışıb yanmağa başlayıb.

Evin sahibi Akif Şükürov yanğının qısaqapanma nəticəsində baş verdiyini bildirib. "Biz toyda idik,gəlib gördük ev tamam yanıb.İşıq xəttlərindən yanıb."

Yanğının söndürülməsi üçün əraziyə dərhal FHN-nin Quba DYMH-nin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi gəlsə cəlb edilib. Lakin buna baxmayar ev tamamilə yanaraq külə dönüb.

FHN-nin Xaçmazda yerləşən şimal regional mərkəzindən verilən məlumata görə,ümumi sahəsi 160 kvm olan 2 mərtəbəli evin yanar konstruksıyaları və bütün əşyaları tamamilə alovlanaraq kül olub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Yanğın nəticəsində ev sahibinin qızına aldığı 2000 manat dəyərində cehizlik əşyalar da yanıb.

Son zamanlar Quba rayonu fərdi mənzillərin yanmasına görə liderlik edir. Bu sentyabrın 28-dən başlayaraq Qubada 3-cü evin yanması hadisəsidir.


Müəllif:

Oxşar xəbərlər