Şəmkir rayonunun Zəyəm qəsəbəsində şəxsi mülkdə tikilən məscid qonşuluqda yaşayan sakinin şikayəti əsasında sökdürülüb.
Teleqraf.com "Ölkə.az"a istinadən xəbər verir ki, vətəndaş tikilinin həyətinə günəş işığının düşməsinin qarşısını aldığını, həmçinin azan səsinin ucadan oxunduğunu iddia edərək yerli icra hakimiyyəti orqanına müraciət edib.
Şəmkir rayonunun icra nümayəndələri şikayətə əsasən həmin məscidi sökmək qərarına gəlib.