14 Oktyabr 2015 19:22
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimli növbəti görüşünü Qax ictimaiyyətinin nümayəndələri ilə keçirib. Qax Mədəniyyət evində baş tutan görüşdə rayon ziyalılarını, ağsaqqalları və müxtəlif peşə sahiblərini təmsil edən 350-dən çox seçici iştirak edib.

Deputatlığa namizəd Azər Kərimli son 5 il ərzində Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-İtaliya Parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü işlər barədə seçicilərə ətraflı məlumat verib. Azər Kərimli Qaxda keçirilən beynəlxalq multikuluralizm konfransının, Qax rayonun və bütövlükdə Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edən “Qax Kürmük Oba bayramı” filminin ölkədən kənarda yaratdığı təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin qardaşlaşması ilə bağlı imzalanan protokolun əhəmiyyətindən, Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi “Via della Seta” (İpək yolu) jurnalından söhbət açıb. Deputatlığa namizəd qeyd edib ki, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu, Azərbaycan-İtaliya Assosiasiyası və “Via della Seta” jurnalı ölkəmizin sabit və davamlı inkişafı, tariximiz, mədəniyyətimiz və ənənələrimizin təbliği sahəsində yürüdülən dövlət siyasətinin dəstəklənməsi istiqamətində bir sıra uğurlu layihələrə imza atıb.

3 saatdan artıq davam edən görüşdə Azər Kərimli ictimaiyyət nümayəndələrinin suallarına ətraflı cavab verib.

Görüşdə Azərbaycan-İtaliya Assosiasiyasının təşəbbüsü ilə italiyalı mütəxəssislər tərəfindən ərsəyə gətirilən və Qax rayonundakı tarixi birgəyaşayış ənənələrini təbliğ edən “Qax Kürmük Oba bayramı” filmi də nümayiş etdirilib və film seçicilər tərəfindən alqışlarla qarşılanıb.


Müəllif:

Oxşar xəbərlər