2 İyun 2014 16:21
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi İranda təhsil alanların diplomlarının tanınmamasına aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, bu gün keçirilən mətbutat konfransında nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, İranda təhsil alanların diplomlarının tanınması ölkə yox, həmin ali məktəbin həmin ölkədə akkreditasiya edilməsi ilə bağlıdır.

Bundan başqa, həmin tələbələrin təhsil aldığı ixtisasın xaricdə təhsil üçün müəyyən edilmiş 150 ixtisasa uyğun olması ilə bağlıdır.

NİGAR


Müəllif: