16 Oktyabr 2015 16:09
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Ucar rayon Fövqəladə Hallar Komissiyası, yerli icra nümayəndələri və bələdiyyələrlə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi” mövzusunda dəyirmi masa keçirib.

Nazirlikdən verilən məlumata görə, dəyirmi masada Ucar rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, rayon icra hakimiyyətinin, yanğından mühafizə hissəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, mərkəzi xəstəxanasının, təhsil şöbəsinin, “Azəriqaz” İstehsalat Birliyinin, elektrik şəbəkəsinin, bələdiyyə və ərazi icra nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Aran Regional Mərkəzinin əməkdaşları “Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, problemlər və onların həlli yolları”, “Əhalinin maarifləndirilməsi işləri, mövsümlə əlaqədar baş verəcək hadisələr və fövqəladə hallar baş verərkən həyata keçirilən tədbirlər”, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili”, “Ucar rayonu ərazisində, əsasən də Kür çayı boyunca yerləşmiş yaşayış məntəqələrində aparılmış monitorinq və mövcud vəziyyət” mövzularında çıxış ediblər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər